Gimnastika millimiz Fransada qızıl medal qazandı

 19:40 31.03.2024     429

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə uğurlu çıxış edib.

Redaktor.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli yarışda qızıl medal qazanıb.

Yığma beş halqa ilə hərəkətin icrasında birinci olub.