“Mançester Siti” “Arsenal” ilə qolsuz sülhə razılaşdı

 22:11 31.03.2024     360

İngiltərə Premyer Liqasının 30-cu turunun “Mançester Siti” - “Arsenal” oyunu keçirilib. Oyunu mançesterli Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Redaktor.az xəbər verir ki, hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 oyundan 64 xalla üçüncü yerdədir. “Arsenal” eyni sayda görüşdən sonra 65 xal toplayıb və ikincidir.

Qeyd edək ki, turun sonunda turnir cədvəlinə “Liverpul” (67 xal) başçılıq edir.