Dünyanın ən bahalı 10 yarımmüdafiəçisi - SİYAHI

 22:54 31.03.2024     329

"Transfermarkt" internet portalı hazırda dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin reytinqini təqdim edib.

Redaktor.az xəbər verir ki, ilk pillədə transfer dəyəri 180 milyon avro olan "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşıb.  

Ümumilikdə siyahıda ən çox "Real"ın futbolçuları yer alıb. Madrid təmsilçisinin 4 yarımmüdafiəçisi reytinqə daxil edilib.

1. Cud Bellinqem (“Real”, 180 milyon avro)

2. Florian Virtz (“Bayer”, 110 milyon avro)

3. Camal Musiala (“Bavariya”, 110 milyon avro)

4. Deklan Rays (“Arsenal”, 110 milyon avro)

5. Rodri (“Mançester Siti”, 110 milyon avro)

6. Federiko Valverde (“Real”, 100 milyon avro)

7. Martin Edeqor (“Arsenal”, 95 milyon avro)

8. Qavi (“Barselona”, ​​90 milyon avro)

9. Eduardu Kamavinqa (“Real”, 90 milyon avro)

10. Orelyen Tçuameni (“Real”, 90 milyon avro)