“Fənərbaxça” qərarlarını açıqladı

 23:52 02.04.2024     362

İstanbulda "Fənərbaxça" klubunun konqresi keçirilib.

Redaktor.az xəbər verir ki, komandanın konqres üzvləri səsvermədən sonra 4 bənd üzrə idarə heyətinə tam səlahiyyət verib.

1) Superkubok matçında oynamamaq və ya uyğun bir tarixə təxirə salınmadan və əcnəbi hakim təyin edilmədikcə U-19 komandası ilə oynamaq.

2) Növbəti iki mövsümdə Türkiyə Kubokunda iştirak etməmək və ya U-19 komandası ilə iştirak etmək.

3) Türkiyədə futbol fəaliyyəti ilə bağlı qərarlardan asılı olmayaraq, xaricdə futbolun strukturlaşdırılmasına və təşkilinə başlamaq.

4) Hadisələrlə bağlı UEFA və FİFA-nın müvafiq şuralarına müraciət etmək.