Messi zədəsini sağaldıb
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Redaktor.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu kollektivlə ümumi məşqlərə başlayıb.
Qeyd edək ki, Messi martda bud nahiyəsindən zədə almışdı. O, cari mövsüm 5 matçda iştirak edib və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.