"Neftçi"nin azarkeşlərindən "Qarabağ"ın futbolçusuna qarşı tərbiyəsizlik - FOTO

 15:17 03.04.2024     308

Azərbaycan Kubokunun yarımfinal matçının ilk oyunları çərçivəsində keçirilən "Neftçi”-"Qarabağ” (0:4) qarşılaşmasından sonra məğlub komandanın azarkeşləri Ağdam təmsilçisinin legioneri Kevin Medinanın maşınına hücum ediblər.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib.

Kolumbiyalı oyunçu vəziyyəti belə şərh edib:

"Bu, mənim oyundan sonra maşınımın vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır, maşında ailəm də ola bilərdi. Öz adımdan xahiş edirəm, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.