“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”

 19:00 04.04.2024     270

“Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər”.

Redaktor.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 
“Zarafat Bir Yana” verilişində deyib.

“Qarabağ” 10 nəfərlə “Braqa”ya iki qol vurursa, bu Azərbaycan standartlarına uyğun olmayan nəticələrdir. Mən inanmıram ki, bunu “Qalatasaray” edər, “Beşiktaş” edər. 

İşə o qədər vaxt ayırır ki, bazaya birinci gəlir, axırıncı gedir. Nə vaxt bu adamı yığırsan rəqibə baxır. Qurban müəllim bu gün elementar vatsapda hekayəni necə qoyursan, ona necə baxırsan, onu da bilmir. Adam instaqram nədir, onu da bilmir. Özünü işə o qədər fəda edib ki, bu gün onun yolunu getmək, onun kimi olmaq, məşqçi kimi qeyri-mümkündür” - Rəşad Sadıqov keçmiş məşqçisi və dostu barədə danışarkən deyib.