"Barselona" "Beşiktaş"ın təklifini qəbul etmədi

 23:58 04.04.2024     343

“Beşiktaş” “Barselona”nın yarımmüdafiəçisi Oriol Romeunu heyətinə qatmaq istəyir. 

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb. 

"Beşiktaş”ın qarşı tərəfə 3 milyon avro dəyərində təklif göndərdiyi, lakin "Barselona"nın bunu qəbul etmədiyi bildirilib. 32 yaşlı yarımmüdafiəçinin komandadan ayrılacağı demək olar ki, dəqiqdir. Amma futbolçunun İspaniyada qalması prioritet olduğu qeyd olunub. Futbolçu ilə "Jirona” da maraqlanır.

Qeyd edək ki, Romeu bu mövsüm "Barselona"nın heyətində 32 matçda iştirak edərək 1 qol ötürməsi edib.