"Qırmızı şeytanlar" son 34 ilin antirekordunu təkrarladı
İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə "Çelsi"yə 3:4 hesabı ilə məğlub olan "Mançester Yunayted" cari mövsüm 17-ci məğlubiyyətini almaqla son 34 ilin antirekordunu təkrarlayıb.
Redaktor.az xəbər verir ki, "qırmızı şeytanlar" sonuncu dəfə 1989/1990 mövsümündə eyni sayda matçda rəqiblərinə uduzublar.
Bu məğlubiyyətlərdən 12-si Premyer Liqa oyunlarının payına düşür. Erik ten Haqın yetirmələri 4 dəfə Çempionlar Liqasında rəqiblərinə boyun əyibsə, digər məğlubiyyəti İngiltərə Kubokunun 4-cü turunda passivlərinə yazdırıblar.
Qeyd edək ki, Mançester şəhərinin təmsilçisi Premyer Liqada 48 xalla 6-cı pillədə yer alıb.