"Messi ardıcıl iki böyük turnirə qatılmalı olacaq”

 18:29 06.04.2024     309

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Redaktor.az xəbər verir ki, bunu U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano açıqlayıb.

O bildirib ki, bu yay əsas milli ilə Amerika kubokunda da oynayacaq 37 yaşlı hücumçunun Paris-2024-ə yollanması çətin görünsə də, danışıqlar davam edir:

“Mən onun özü ilə də danışmışam, Olimpiya Oyunlarında bizə qoşulması üçün rəsmi təklif də göndərmişik. Hələ danışıqlarımız davam edir. Paris-2024-ə qədər vaxtımız var. Amma nəzərə almalıyıq ki, iyun-iyul aylarında Amerika kuboku baş tutacaq. Olimpiadanın futbol turniri iyulun 24-də başlayacağından Messi ardıcıl iki böyük turnirə qatılmalı olacaq”.

Qeyd edək ki, Messi Pekin-2008-də də Olimpiya Oyunlarında iştirak edib və komandası ilə çempionluq yaşayıb.