“Neftçi” və “Zirə” bu gün ev oyununa çıxacaqlar

 10:25 07.04.2024     358

Azərbaycan Premyer Liqasında bu gün XXIX tura yekun vurulacaq.

Redaktor.az-ın məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Dörd gün əvvəl Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gələn “Zirə” ilə “Qəbələ” bu dəfə çempionat matçında qarşılaşacaqlar. Elitada qalmaq şansı getdikcə tükənən bölgə təmsilçisi avrokuboklara iddia edən rəqibini səfərdə büdrətməyə çalışacaq. Hazırda “Qəbələ” 16 xalla son sıradadırsa, hesabında 42 xal olan “Zirə” üçüncü yerdə qərarlaşıb.

Tur “Neftçi Arena”da təşkil olunacaq “Neftçi” - “Sumqayıt” qarşılaşması ilə başa çatacaq. Bu, həm də turun mərkəzi oyunudur. Çünki “Neftçi” 43 xalla ikincidirsə, dördüncü yerdə qərarlaşan “Sumqayıt” (42 xal) rəqibindən cəmi 1 xal geri qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” isə “Səbail”i (4:2) məğlub edib.

Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel

16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”