Arda Turanın komandası Superliqaya vəsiqəni təmin etdi
Yeni mövsüm üçün Türkiyə Superliqasına yüksələn ilk komanda məlum olub.
Redaktor.az xəbər verir ki, "Eyüpspor" mövsümün bitməsinə 5 tur qalmış elitaya vəsiqəni təmin edib.
Arda Turanın çalışdırdığı komanda bu gün 1-ci liqanın 29-u turunda öz meydanda "Altay"ı 4:1 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi mövsümün bitməsinə 5 tur qalmış 3-cü pillədəki "Sakaryaspor"u 17 xal qabaqlayır.
Hazırda 67 xalla lider olan "Eyüpspor" tarixində ilk dəfə Superliqaya vəsiə qazanıb. 17-ci pillədə qərarlaşan "Altay" isə 1-ci liqanı tərk edəcək 2-ci komanda olub. Buna qədər "Giresunspor"un da elitanaı tərk edəcəyi bəlli idi.