Okan Buruk "Fənərbağça"nın eitrazından DANIŞDI: "Biz hardan bilək ki..."
“Biz hardan bilək ki, qol vurub meydanı tərk etmək istəmirlər”.
Redaktor.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Okan Buruk Superkubokun qalibi olduqdan sonra ilk açıqlamasında deyib.
Çalışdırıcı rəqibin bu cür etirazına münasibət bildirib: “Gənclər meydana çıxacaqdı, amma belə bir etiraz reallaşdıracaqları ağlımıza gəlməzdi. Gedişatı bilmirdik necə olacaq. Mənim hər hansı etirazım olmayıb. Matçı davam etdirən tərəf biz idik. Əgər qolu vurmasaydıq, yalnız o zaman “Fənərbaxça”ya dəstək vermiş olardıq”.
Qeyd edək ki, aprelin 7-də “Fənərbaxça” meydanı tərk etmişdi. Bununla da “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.