“Neftçi”nin hücumçusuna 4 oyunluq cəza verildi
AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini cəzalandırıb.
Redaktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verən hücumçuya 4 oyunluq cəza verilib.
"Neftçi" isə buna görə 300 manat cərimələnib.
Qeyd edək ki, Ağadadaş Salyanski hazırda 28 qolla əvəzedicilər liqasının bombardiridir.