“Real”ın futbolçusu Messinin rekordunu təkrarladı
İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.
Redaktor.az xəbər verir ki, braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.
3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.