Keyn gələcəyi ilə bağlı qərarını açıqladı

 20:05 10.04.2024     503

"Bavariya"nın hücumçusu Harri Keyn klubdakı gələcəyi ilə bağlı danışıb.

Redaktor.az xəbər verir ki, 30 yaşlı hücumçu deyib:

“Mən Almaniyada oynamaqdan həzz alıram. "Bavariya"ya keçmək karyeram üçün lazım olan addım idi. Bu, yeni çağırış, yeni mühitdir. Bu addımı atdığım üçün şadam. Mənim gələcəyim “Bavariya” ilə bağlıdır. Mənim dörd illik müqaviləm var. Münhendə oynamaqdan həzz alıram və ümid edirəm ki, komandaya xüsusi bir mövsüm keçirməyə kömək edə biləcəyəm. Mövsümün sonu yaxşı getməsə, gələn il mən komandaya vəziyyəti dəyişməkdə kömək etməyə hazır olacağam”. 

Qeyd edək ki, Keyn "Bavariya"nın heyətində bütün rəsmi turnirlərdə 38 matçda iştirak edib, 39 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.