Ramil Şeydayevin klubu cəzalandırıldı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb. Qərara səbəb "Göztepe" ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL məbəğində cərimələnib.
Qeyd edək ki, "Kocaelispor" 1-ci liqa 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.