"Çelsi" 11 futbolçusunu göndərəcək
"Çelsi" yay transfer pəncərəsində 11 futbolçusu ilə yolları ayırmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Football London" məlumat yayıb.
Göndəriləcək oyuçuların arasında yarımmüdafiəçi Conor Qallaqer və mövsümün ikinci hissəsində icarə əsasında "Fulhem"ə keçən hücumçu Armando Broya da var.
"Çelsi" yeni oyunçular almaq üçün futbolçuların satışından pul yığmağı planlaşdırır. Həmçinin London klubu maliyyə feyr-pley qaydalarını pozmamaq üçün əməkhaqqı hesablarına ciddi nəzarət etməlidirlər. Əks-halda klub sanksiyalara məruz qala bilər.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 44 xalla 9-cudur.