Xabi Alonso İngiltərə klubuna baş məşqçilik etmək istəyir
"Bayer"in baş məşqçisi Xabi Alonso gələcək karyerası haqqında danışıb.
Redaktor.az Almaniya mətbuatına itinadən xəbər verir ki, mütəxəssis bir gün İngiltərə Premyer iqası klublarından birini çalışdırmaq istədiyini söyləyib:
“Hazırda görəcəyim işlər var. Amma mən gənc mütəxəssisəm. Bir gün Premyer Liqada işləmək çox yaxşı fikirdir. Çünki Premyer Liqa çoxlu sayda istedadlı. tanınmış oyunçunun iştirak etdiyi, maraqlı turnirdir”
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer"in baş məşqçisidir. Komanda hazırda Bundesliqanın turnir cədvəlində liderdir. Həmçinin "Bayer" Avropa Liqasının 1/4 finalına da adlayıb. Xabi ilə Leverkuzen təmsilçisinin müqaviləsi 2026-cı ilin yayına qədərdir.