Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər 

 17:24 12.04.2024     278

Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində təşkil olunacaq gənclər arasında Avropa Kubokunda çıxış edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, yarışda ölkəmizi 3 çəki dərəsində 9 qadın cüdoçu təmsil edəcək.

Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Aprelin 13-14-də keçiriləcək Avropa Kubokunda 21 ölkədən 420 idmançı iştirak edəcək.