UEFA "Qalatasaray"dan onları cəzalandırdı
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Sparta” (Praqa) – “Qalatasaray” cavab matçında baş verən hadisələrlə bağlı qərarları açıqlayıb.
Redaktor.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk qeyri-idman hərəkətinə görə 2 oyunluq, müdafiəçi Kaan Ayhan rəqib futbolçuya qarşı sərt müdaxilə etdiyin üçün 1 matçlıq, məşqçi Serhat Doğan başqa şəxsə hücum səbəbiylə 3 oyunluq cəzalandırılıb.
Xatırladaq ki, “Sparta” – “Qalatasaray” cavab oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Görüşün final fiti səsləndikdən sonra iki klubun oyunçuları və məşqçi heyəti arasında dava düşmüşdü.