Azərbaycan idman tarixində ilk

 15:07 14.04.2024     273

Aprelin 14-də Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə final qarşılaşmasına çıxıb.

Redaktor.az xəbər verir ki, yığmamız Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.

Əlavə vaxta rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız “Paris-2024”ə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan komanda növlərində ilk dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq.