"Bayer" bu gün tarixində ilk dəfə çempion ola bilər
Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi bəlli ola bilər.
Redaktor.az xəbər verir ki, "Bayer"in sona 5 tur qalmış çempionluğu rəsmiləşdirmək şansı var.
Xabi Alonsonun komandası 29-cu turun oyununda hazırda turnir cədvəlində 12-yeri tutan "Verder"i qəbul edəcək. Leverkuzen təmsilçisi Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matçda qalib gəlsə, tarixində ilk dəfə Almaniya çempionu olacaq.
Hazırda lider "Bayer"in 28 oyundan sonra 76, ən yaxın izləyiciləri "Bavariya" və "Ştutqart"ın isə 63 (29 oyun) xalı var. Qalib gələcəyi halda "Bayer"lə 2-ci yer arasında xal fərqi 16-a qalxacaq. Bu o deməkdir ki, son 5 turda leverkuzenlilər uduzsa belə, liderliyi əldən verməyəcək.
Qeyd edək ki, bütün turnirlərdə 42 oyundur ki, uduzmayan "Bayer" Bundesliqada ardıcıl 9 matçda qalib gəlib.