Mbappe 9-cu oldu

 13:17 17.04.2024     148

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında vurulan qolların sayına görə isveçli Zlatan İbrahimoviç və ukraynalı Andrey Şevçenkoya çatıb.

Redaktor.az xəbər verir ki, 25 yaşlı hücumçu buna İspaniyada "Barselona"ya qalib gəldikləri 1/4 final mərhələsinin cavab matçında dubl etməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 48 dəfə fərqlənib.

O, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb. Rekord portuqaliyalı Kriştianu Ronalduya məxsusdur.

Çempionlar Liqasının bombardirləri

1. Kriştianu Ronaldu - 140 qol

2. Lionel Messi - 129

3. Robert Levandovski - 94

4. Kərim Benzema - 90

5. Raul Qonsales - 71

6. Rud van Nistelroy - 56

7. Tomas Müller - 54

8. Tyerri Anri - 50

9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48