58 yaşlı dünya çempionu yaşıl meydanlara döndü

 17:17 17.04.2024     263

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Romario 58 yaşında karyerasını bərpa edib.

Redaktor.az“ESPN FC” saytına istinadən xəbər verir ki, o, prezidenti olduğu “Amerika” klubu ilə müqavilə bağlayıb.

Sözügedən komanda Rio-de-Janyero ştanının II Liqasında çıxış edir.

Sabiq dünya çempionu oğlu Romarinyo ilə birgə eyni klubda futbol oynamaq üçün bu addımı atıb.

Qeyd edək ki, Romario peşəkar futbolçu karyerasını 2009-cu ildə başa vurub.