"Neftçi" finalda "Xəzri"yə rəqib oldu

 21:55 17.04.2024     405

Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

Redaktor.az-ın məlumatına görə, "Neftçi" həlledici raunda vəsiqə qazanıb.

"Ağ-qaralar" yarımfinalda “Sərhədçi”yə qalib gəlib - 91:73.

Komanda finalda "Xəzri"yə rəqib olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.