“Real Madrid”in ulduzu “Qalatasaray”ın təklifini geri çevirdi

 21:38 18.04.2024     274

“Real Madrid” klubunun ispaniyalı ulduz futbolçusu “Qalatasaray”ın təklifini bəyənməyib.

Redaktor.az xəbər verir ki, mövsümün sonunda “Kral” klubundan ayrılmaq istəyən Naço Fernandes İstanbul nəhənginin 6 milyon avroluq təklifini qəbul etməyib.

İspaniyalı müdafiəçi Avropa klublarından birində çıxış etmək istədiyi üçün təklifi qəbul etmədiyini deyib.

Qeyd edək ki, Naço Fernandes “Real Madrid” klubunun yetirməsi olub.

Vumart və Güvən reklamı Vumart Güvən