Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşdi

 09:27 19.04.2024     113

Avropa Liqasının 2023/24 mövsümü üçün yarımfinal cütlükləri bəlli olub.

Redaktor.az xəbər verir ki, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.

"Marsel"i ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.

Yarımfinal cütlükləri aşağıdakı kimidir:

"Marsel" (Fransa) - "Atalanta" (İtaliya),

"Roma" (İtaliya) - "Bayer" (Almaniya).

Bu mərhələdəki qarşılaşmalar mayın 2 və 9-da baş tutacaq.