Zinəddin Zidan bu klubu çalışdırmağa RAZILAŞDI

 16:24 19.04.2024     156

Əlcəzair əsilli fransalı mütəxəssis Zinəddin Zidanın yeni iş yeri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, Zidan artıq "Bayern Münhen" rəhbərliyi ilə şifahi razılığa gəlib. Mənbə danışıqlar zamanı Zizunun Almaniya nəhənginin rəhbərliyindən yeni transferlər istədiyini, xüsusilə müdafiə xəttinin gücləndirilməsini xahiş etdiyini vurğulayıb.

Xatırladaq ki, Tomas Tuxel cari mövsümün sonunda "Bayern"in baş məşqçi postunu tərk edəcək.