“Milan”ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

 14:47 20.04.2024     195

“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, yaxın həftələrdə “Milan” rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq.

İtaliya A Seriyasında 32 turdan sonra Piolinin yetirmələri 69 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşıblar. “Rossonerilər” birinci pillədəki “İnter”dən 14 xal geri qalırlar. İtaliya çempionatının son beş oyununda “Milan” dörd qələbə qazanıb və bir dəfə heç-heçə edib.

Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrında Milan komandasına rəhbərlik edib. 2021/22 mövsümündə “Milan” İtaliya çempionu titulunu qazanıb.