"Neftçi" bürünc medal qazandı
![](https://img.redaktor.az/news/2024/04/photo_238475.jpg?v=MDM6NDAyMDI0LTA0LTIwIDE2OjQyOjM0)
Kişi voleybolçular arasında keçirilən Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub.
Redaktor.az, "Neftçi" mükafata sahib çıxıb.
"Ağ-qaralar" üçüncü yer uğrunda görüşdə MOİK-ə qalib gəlib - 3:0 (25:11, 25:15, 25:13).
Qeyd edək ki, final qarşılaşması aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.