Qurban Qurbanov futbolçulıara qadağa qoydu

 18:00 20.04.2024     233

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov müqaviləsi davam edən legionerlərlə bağlı qəti mövqeyini ortaya qoyub.

Redaktor.az xəbər verir ki təcrübəli mütəxəssis başqa təkliflər alan əcnəbi oyunçularla vidalaşmaq istəmədiyini rəsmilərin nəzərinə çatdırıb.

O, Juninyo başda olmaqla, əsas heyət üzvlərinin xidmətindən minimum növbəti mövsümdə də yararlanacağını deyib.

Qurbanov tapşırıq verib ki, bu futbolçulardan heç kim ona yaxınlaşaraq, «dəvətim var, getmək istəyirəm» deməsin.

Azərbaycanın ən yaxşı mütəxəssisi onlarla bu haqda söhbət etməyəcəyini söyləyib.