“Qarabağ”da subaylığın son gecəsi – FOTOLAR

 21:53 20.04.2024     258

“Qarabağ” ailəsi “Hollivud” şadlıq sarayında bir araya gəlib.

Redaktor.az xəbər verir ki, klubun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Fərid Ağayev “subaylığın daşını atması” münasibəti ilə futbol adamlarını başına toplayıb.

Ağayevin toyunda “Qarabağ”ın məşqçi və futbolçu, eləcə də, idarə və inzibati heyəti iştirak edib.

Toyda uzun illər “Qarabağ”ın şərəfini qorumuş, hazırda “Neftçi”nin uğurları üçün tər tökən Qara Qarayev də iştirak edib ki, “2 nömrə”nin sabiq komanda yoldaşları ilə səmimi söhbət etməsi maraqla qarşılanıb.

“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov da Fərid bəyin xoş günündə görüntülənib. (sportinfo.az)