“Mançester Siti” finala çıxdı
İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi”ni minimal hesabla yenən “Mançester Siti” turnirin finalına vəsiqə qazanıb.
Redaktor.az xəbər verir ki, Maykl Oliverin idarə etdiyi matç Londondakı “Uembli” stadionunda baş tutub.
84-cü dəqiqədə “şəhərlilər”in portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silva matçdakı yeganə qolun müəllifi olub.
Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun finalına yüksəlib və burada “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun 1/4 final mərhələsində “Mançester Siti” “Nyukasl Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib. Həmin qarşıdurmada da qolları Bernardu Silva vurub.