Millimiz Praqada gümüş medal qazandı
Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Redaktor.az-ın federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub.
Adı çəkilənlər "üçlük" proqramında uğurlu çıxış ediblər.