“El Klasiko”nun qalibi müəyyənləşdi

 09:09 22.04.2024     281

Ötən gecə növbəti “El Klasiko” baş tutub.

Redaktor.az xəbər verir ki, “Real” və “Barselona” komandaları Madriddə La Liqanın 32-ci turunda üz-üzə gəliblər.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu” stadionunda gerçəkləşən görüşündə 5 qol vurulub.

“Real”ın heyətində Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Cud Bellinqem (90+1) fərqlənib. “Barselona”nın qollarını isə Andreas Kristensen (6) və Fermin Lopes (69) vurub.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Vumart və Güvən reklamı Vumart Güvən