Xavi "Barselona" ilə bağlı qərarını açıqladı
"Barselona"nın baş məşqçisi Xavi Ernandes 2025-ci ilin yayınadək İspaniya klubunda qalmağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri iddia irəli sürüb.
Mütəxəssis yaxın vaxtlarda Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta və idman direktoru Deku ilə görüşəcək. Onlar əməkdaşlığın davam etməsini müzakirə edəcəklər.
Qeyd edək ki, 2021-ci ildən "Barselona"da işləyən Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.