21 yaşlı voleybolçu dünyasını dəyişdi

 15:36 22.04.2024     234

Rusiyanın çimərlik voleybolu üzrə gənclərdən ibarət millisinin və “Zareçye” klubunun üzvü Arina Mixaylina 21 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası məlumat yayıb.

Hələ ki, idmançının ölüm səbəbi açıqlanmayıb.

Arina Mixaylina 2018-ci ildə 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub. 2019-cu ildə isə tələbələr arasında Spartakiadanın bürünc medalını qazanıb.