Modriç gələcəyi ilə bağlı qərar verdi
"Real"ın futbolçusu Luka Modriç gələcəyi ilə bağlı qərar verib.
Redaktor.az "AS"a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi daha 1 mövsüm Madrid təmsilçisində qalmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, Modriçin "Real"la hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır. 38 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 38 matçda 2 qol vurub, 6 qolun ötürməsini verib.