Xavi gələn mövsüm də "Barselona"nın baş məşqçisi olaraq qalacaq - Laporta

 15:28 25.04.2024     330

İspaniyalı mütəxəssis Xavi "Barselona" futbol klubunun baş məşqçi postunu tərk etmək qərarını dəyişib və növbəti mövsümdə də vəzifəsini icra etməyə davam edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Barselona"nın prezidenti Joan Laporta mətbuat konfransında bildirib.

"Xavinin komandanın əsas məşqçisi olaraq qalacağını və idarə heyətinin yekdilliklə onun qərarını dəstəklədiyini bildirməkdən məmnunuq. O, bu layihəni davam etdirdiyinə görə sevincini ifadə etdi. Biz çox xoşbəxtik, bu, "Barselona" üçün əla xəbərdir. Sabitlik - uğurun açarı, Xavi əsl "Barselona" oyunçusudur, biz bu hissi bölüşürük, "Barselona" yeddinci cənnətdədir", - klub rəhbəri deyib. 

Qeyd edək ki, yanvarın sonunda Xavi mətbuat konfransında cari mövsümün sonunda "Barselona"nın baş məşqçisi postunu tərk edəcəyini açıqlamışdı.

Turan İSMAYIL