"Real" Mbappeyə Olimpiadada iştirakını qadağan etdi

 22:56 26.04.2024     642

"Real Madrid" Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe ilə müqavilənin şərtlərini razılaşdırıb. "Real Madrid"in şərtlərindən biri fransalı futbolçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməməsidir.

Redaktor.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

"Real Madrid" artıq Fransa Futbol Federasiyasına Mbappenin oyunlarda iştirakına icazə verməyəcəkləri barədə məlumat verib. Həmçinin "Los Blancos"un bütün oyunçuları Olimpiadaya gedə bilməyəcək.

Xəbərdə o da qeyd edilib ki, Mbappe Əl-Xelayfiyə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağı vəd etsə də, bunu etməyib. Mbappenin "Real Madrid"ə keçmə ehtimalı böyükdür ki, bu da Əl-Xelayfini qəzəbləndirir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qol vurub.

Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda "Real Madrid"ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb.

T.İSMAYIL