Arda Gülər "Real Madrid"in tarixinə düşdü

 11:48 27.04.2024     513

Türkiyə millisinin futbolçusu Arda Gülər İspaniyanın "Real Madrid" klubunun tarixinə düşüb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, XXI əsrdə "kral klubu"nun forması ilə La Liqada ilk dəfə start heyətində meydana çıxıb qol vuran ən gənc ikinci oyunçu olub. Yarımmüdafiəçi "Real Sosyedad"la görüşdə (1:0) fərqlənib. Onun vurduğu qol komandasına minimal hesablı qələbə qazandırıb.

A. Gülər bunu 19 yaş 61 günlüyündə bacarıb. Birinci pillədə isə Rodriqo (18 yaş 294 gün) yer alıb.

Qeyd edək ki, "Real Madrid" 84 xalla turnir cədvəlinə liderlik edir.