Azərbaycan Premyer Liqasında XXXII turun görüşlərinə start verildi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürüb.
Redaktor.az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.
"Bank Respublika Arena"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.
Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.