Yaponiya çempionatında qəribə hadisə: Yarıçılpaq şəxs... - FOTO

 21:03 27.04.2024     344

Aprelin 27-də “Yokohama F.Marinos” və “Serezo” komandaları arasında Yaponiya çempionatının onuncu tur oyunu keçirilib (2:2).

Redaktor.az xəbər verir ki, qarşılaşma başlamazdan əvvəl komandalarla birlikdə sağ ayağı gipsdə olan yarıçılpaq kişi meydançaya çıxıb.

Məlum olub ki, bu, uşaqlar üçün maarifləndirici videoları ilə tanınan yapon komediyaçısı Yoşio Kojimadır. O, hakimləri, futbolçuları, azarkeşləri salamlayaraq meydanı tərk edib.

Qeyd edək ki, “Serezo” Yaponiya çempionatının lideridir. Komanda on görüşdən 19 xal toplayıb.