Millimiz cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atdı
Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri).
Redaktor.az-ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.
O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu — Laşa Bekaurini məğlub edib.
Bundan əlavə 73 kq. çəki dərəcəsində dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.
Balabəy Ağayev isə kişilər arasında 60 kq. çəki dərəcəsində gümüş medal qazanıb. Cüdoçularımız Turan Bayramov (-60 kq.), Aydan Vəliyeva (-52 kq.), Murad Fətiyev (-90 kq.) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yerə çıxıblar.