Millimizin Albaniya ilə oyununun məkanı və saatı bilindi

 19:00 29.04.2024     276

Azərbaycan millisinin iyunun 7-də Albaniya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib. 

Redaktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, matç  Macarıstanda “Haladas SportKomplexum” stadionunda olacaq.