“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi

 23:59 29.04.2024     354

Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Bavariya” – “Real” ilk matçına hakim təyinatları açıqlanıb. 

Redaktor.az xəbər verir ki, görüşü Fransa Futbol Federasiyasının hakimi Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. 4-cü hakim funksiyasına isveçrəli Sandro Şerer təyin olunub. 

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.