Azərbaycanda azarkeşlər hakimlərə hücum etdi
Azərbaycan çempionatının Həvəskar Liqasında qalmaqal baş verib.
Redaktor.az xəbər verir ki, hadisə AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verib.
Matçın 2-ci hissəsinin əlavə vaxtında “Ərkivan”ın azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. AFFA yaşananları müzakirə edərək hadisəyə hüquqi qiymət verib.
İntizam Komitəsi “Ərkivan”ı cəzalandırıb. Masallı təmsilçisi növbəti 3 oyunu azarkeşsiz keçirəcək.