Rövşən Nəcəf gözlənilməz göstəriş verdi - AFFA-nı hərtərəfli yoxlayın!
AFFA-da daxili audit başlayıb.
Redaktor.az sportinfo-az-a istinadən xəbər verir ki,bu, federasiyanın yeni prezidenti Rövşən Nəcəfin göstərişidir.
Aprelin 2-də qurumun başına gəlmiş SOCAR-ın patronu AFFA-nın maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir. Yoxlama yalnız son 1-2 ili əhatə etmir. Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.
O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib.
Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır. Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.
Rövşən Nəcəfin son qərarının məqsədi başadüşüləndir - federasiyanı tam 0 vəziyyətində təhvil almaq, ona kimi olmuş borcun yükünü daşımamaq.
AFFA-nın kimdən alacağı, kimə verəcəyi var, bunu dəqiqləşdirməyi özünə hədəf seçib.