"Qarabağ"a qalib gələn futboçulara 3 min manat verildi

 14:35 01.05.2024     292

Premyer Liqada 32-cü turun sensasiyasına «Sumqayıt» imza atdı.

Redaktor.az xəbər verir ki, «Gənclik şəhəri» təmsilçisi hesabat həftəsində «Qarabağ»ı məğlub etdi.

Doğma şəhərdə keçirilən qarşılaşmanı Roy Kehatın yeganə qoluyla qazanan «kimyaçılar» xal ehtiyatını 50-yə çatdırdı və turnir cədvəlində 2-ci pilləyə yüksəldi.

Avrokuboklara vəsiqə almaq şansını bir qədər də artıran sumqayıtlılar yüksək məbləğdə mükafat əldə edib.

Əsas heyətdə meydana çıxanların hər birinə 3000 manat ödənilməsi qərara adınıb.

Vumart və Güvən reklamı Vumart Güvən